27 mart 2013 00:54
Rəşad Sadıqov: Qırmızı vərəqədən və Alveşin qolundan sonra hər şey aydın idi
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya ilə oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları dilə gətirib.
“Biz sonadək mübarizə apardıq. Uduzmaq istəmirdik. Gücümüz daxilində nə lazım idisə, etdik. Amma ikinci hissədə hər şey dəyişdi. Öncə Rauf Əliyevin qırmızı vərəqəsi, daha sonra Alveşin qolu... Ondan sonra artıq hər şey aydın idi”.
