26 mart 2013 13:15
AFFA klub prezidentinə 5 oyunluq cəza kəsdi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az müzakirələrdən sonra çıxarılan qərarları təqdim edir.
23 mart 2013-cü ildə Azərbaycan Birinci Divizionunun 18-ci turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçının 33-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Ramal Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanı, klubu 200 manat cərimə olunub.
Oyunun 33-cü dəqiqəsində “Qaradağ Lökbatan”ın prezidenti Tahir Mustafayev hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub. Analoji hadisə klub prezidenti tərəfindən yenidən törədilərsə, İntizam Komitəsi ona qarşı daha ciddi sanksiyalar tətbiq edəcək.
“Bakılı” – “Neftçala” matçında isə “Bakılı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
