26 mart 2013 13:39
Yığmamız Bentonu istefaya göndərə bilər
Futbol üzrə Portuqaliya yığmasının baş məşqçisi Paulo Bento istefa təhlükəsiylə üz-üzə qalıb. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan yığmasının qonağı olacaq pireneylilərin növbəti uğursuzluqla üzləşməsi Bentoya postu bahasına başa gələ bilər.
Bu iddia ilə Portuqaliya mətbuatı çıxış edib. Məlumatda bildirilir ki, Portuqaliya Futbol Federasiyasının rəhbərliyi yığmanın son uğursuzluqlarından narazıdı. Hazırda F qrupunda üçüncü sırada qərarlaşan Portuqaliya yığmasının dünya çempionatına birbaşa vəsiqə qazanması üçün qalan bütün oyunlardan qalib ayrılması lazımdı. Ona görə də Bakıda hər hansı xal itkisi Bento üçün bağışlanmaz olacaq.
