26 mart 2013 14:14
Maksim Medvedev: İsraillə heç-heçə Portuqaliya ilə oyunda işimizi çətinləşdirir
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- Öncə, Lüksemburqla oyundan başlayaq. Bizləri o qədər də sevindirməyən heç-heçə haqda nə deyə bilərsiz?
- Çətin və gərgin oyun alındı. Meydançanın vəziyyəti çox pis idi. Buna baxmayaraq, yaxşı futbol sərgiləməyə çalışdıq. Birinci hissədə topa daha çox nəzarət edirdik. Səfərə yalnız üç xal dalınca getmişdik. Bu üzdən ikinci hissədə daha çox hücuma atıldıq. Amma istəyimizə çata bilmədik.
- Autsayderə qarşı oynasaq da, müdafiə xəttimizin işi heç də asan olmadı...
- Komanda hücuma daha çox keçməli olurdu ki, hesabı açsın. Belədə təbii ki, müdafiədə boşluqlar yaranırdı, rəqibin əks-hücumları təhlükəli olurdu. Buna görə həqiqətən müdafiəçilərin işi çox ağır oldu. Yenə də qol buraxmadığımıza görə sevinmək olar. Onlarla Bakıda da oyunumuz olacaq. Həmin oyunda hər şey tam fərqli olmalıdı.
- Bəs bu oyunda qələbə qazanmağımıza nə mane oldu ki?
- Əgər birinci hissədə qol vursaydıq, hər şey bizim üçün yaxşı olacaqdı. Qol vurmalıydıq. Etiraf etmək lazımdı ki, rəqibin də qol vurmaq şansları oldu.
- Əgər birinci hissədə qol vursaydıq, hər şey bizim üçün yaxşı olacaqdı. Qol vurmalıydıq. Etiraf etmək lazımdı ki, rəqibin də qol vurmaq şansları oldu.
- Demək olar ki, komanda hücumdan daha çox müdafiəni düşünürdü?
- Birinci hissədə bəlk də elə görünə bilərdi. İlk 20-25 dəqiqədə rəqibin bizə hansı oyunu təklif edəcəyini öyrənməyə çalışdıq. Ondan sonra isə öz oyunumuzu qurduq.
- Birinci hissədə bəlk də elə görünə bilərdi. İlk 20-25 dəqiqədə rəqibin bizə hansı oyunu təklif edəcəyini öyrənməyə çalışdıq. Ondan sonra isə öz oyunumuzu qurduq.
- Portuqaliya ilə oyundan nə gözləyirsiz?
- Fikrimcə, Lüksemburqla səfər oyununda heç-heçə pis nəticə deyil. Bu, Portuqaliya ilə oyunda bizim üçün əlavə motivasiya deməkdi.
- Fikrimcə, Lüksemburqla səfər oyununda heç-heçə pis nəticə deyil. Bu, Portuqaliya ilə oyunda bizim üçün əlavə motivasiya deməkdi.
- Portuqaliya İsraillə oyunda xal itirdi. Rəqibimizin Bakıya daha hirsli gəldiyini demək olar?
- Təbii ki, indi onları sadəcə qələbə maraqlandırır. Bu da bizim işimizi çətinləşdirir. Portuqaliya ilə oyun Lüksemburqla görüşdən daha çətin olacaq. Amma biz əlimizdən gələni edəcəyik ki, nəticə qazanaq.