26 mart 2013 16:51
Kazbek Tuayev: Kristiano Ronaldosuz Portuqaliya tam fərqli komandadı
Azərbaycan futbolunun veteranı, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- Azərbaycan yığması bu gün Portuqaliya yığmasını qəbul edir. Şanslarımızı necə qiymətləndirirsiz?
- Futbolda hər şey mümkündü. Mən çox istərdim ki, bu oyunda sensasiya baş versin. Biz Portuqaliyanı məğlub edə bilərik. Amma bunun üçün komandamızın oyuna hazır olması daha vacibdi.
- Futbolda hər şey mümkündü. Mən çox istərdim ki, bu oyunda sensasiya baş versin. Biz Portuqaliyanı məğlub edə bilərik. Amma bunun üçün komandamızın oyuna hazır olması daha vacibdi.
- Sizcə, bu komanda Ronaldodan nə dərəcədə asılıdı?
- Ronaldo çox gözəl oyunçudu. Onun təkcə “Real”a nə qədər fayda verdiyini hamı görür, bilir. Fikrimcə, Portuqaliyanın da oyunu Ronaldodan asılıdı. O, olmayanda Portuqaliya millisi tam fərqli komanda olur.
- Bakıda oynamaması yığmamızın işini asanlaşdırır?
- Müəyyən mənada hə. Amma istənilən halda bizi yüksək səviyyəli bir komanda ilə oyun gözləyir.
- Müəyyən mənada hə. Amma istənilən halda bizi yüksək səviyyəli bir komanda ilə oyun gözləyir.
- Portuqaliyanın bu tsikldə işləri o qədər də yaxşı getmir. Sizcə, bunun səbəbi nə ilə bağlıdı?
- Oyunlar bir-birinə bənzəmir. Onlar İsraillə bir cür oynadılar, bizə qarşı fərqli futbol sərgiləyəcəklər. Əsas rəqibdən qorxmamaqdı.
- Oyunlar bir-birinə bənzəmir. Onlar İsraillə bir cür oynadılar, bizə qarşı fərqli futbol sərgiləyəcəklər. Əsas rəqibdən qorxmamaqdı.
- Lüksemburqla səfər oyununda qələbə qazana bilməməyimiz sizi məyus etmədi?
- Mənə elə gəlir ki, səfərdə heç-heçə etməyimiz heç də pis nəticə sayılmamalıdı. Düzünü deyim ki, mən komandamızın sərgilədiyi oyundan da razı qaldım.
- Mənə elə gəlir ki, səfərdə heç-heçə etməyimiz heç də pis nəticə sayılmamalıdı. Düzünü deyim ki, mən komandamızın sərgilədiyi oyundan da razı qaldım.
- Məhz nədən razı qaldınız? Axı komanda hücum futbolu sərgiləyə bilmədi. Halbuki, çoxları komandamızdan yalnız qələbə gözləyirdi...
- Gəlin unutmayaq ki, biz səfərdə çıxış edirdik. Həm də aşkar görünürdü ki, Lüksemburqun stadionu çox ağır vəziyyətdədi. Məncə, bu heç-heçəni pis nəticə saymamalıyıq.
