26 mart 2013 17:07
Azarkeşlərimiz Portuqaliya ilə oyunda yığmamıza güvənmirlər
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Portuqaliya matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Beləliklə, sorğuya qatılanların böyük əksəriyyəti Portuqaliyanın qalib gələcəyi qənaətindədi. Bu varianta 41 faiz (288 səs) üstünlük verib.
Yığmamızın qalib gələcəyinə isə respondentlərin 34 faizi (243 səs) inanır. Yerdə qalan 25 faiz də (173 səs) heç-heçə olacağını düşünür.
