27 mart 2013 16:55
Yığmamız turnirdə birinci yeri tutdu
Xəbər verdiyimiz kimi, martın 17-dən etibarən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avstriyada təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız turnirdə iştirak edib.
İlk oyunda Macarıstanın "Haladas" komandasını 2:1 hesabı ilə məğlubiyyətə uğradan, ikinci qarşılaşmada Gürcüstanın U-21 yığması ilə 1:1 hesablı heç-heçə edən futbolçularımız son qarşılaşmada Albaniyanın müvafiq yaş qrupundan ibarət yığmasına qalib gələrək turnirdə birinci yeri tutub.
