28 mart 2013 00:07

Rasim Ramaldanov: Klub prezidentindən üzr istədim, məni bağışladı

Son günlər idman mətbuatında ən çox müzakirə olunan mövzulardan biri Rasim Ramaldanovun “Simurq”un əsas heyətindən uzaqlaşdırılması idi. Azerisport.az xəbər verir ki, bu hadisə haqda hərə bir cür xəbər yazırdı. Lakin komandanın kapitanı klubun rəsmi saytına müsahibə verərək, baş verənlərə şəxsən ayınlıq gətirib və klub prezidenti ilə son görüşü haqda sualları cavablandırıb. 
 
- Rasim, öncə “Kəpəz”lə oyunun fasiləsində nə baş verdiyinə aydınlıq gətirərdin...
- Gəncə təmsilçisi ilə oyun bizim üçün çox gərgin keçdi. Çünki istədiyimiz oyunu sərgiləyə bilmirdik və bu bizdə əsəbi durum yaratmışdı. Təbii ki, hesabda geri düşməyimiz rəhbərliyin də ürəyincə olmamışdı. Fasilədə klub prezidenti paltardəyişmə otağına daxil oldu. Komandanın oyunundan çox narazı idi və bu səbəbdən kapitan olaraq məni danladı. Həmin anda mən də hisslərimi cilovlaya bilmədim və buna reaksiya verdim. Bu da təbii ki, rəhbərliyin xoşuna gəlmədi və məni cəzalandırdılar.
 
- Mətbuatda isə sənin danışdıqlarından fərqli xəbərlər yazılırdı. Bu haqda nə deyə bilərsən?
- Bəli, düz qeyd edirsiz. Bu səbəbdən də mən bu məsələ haqqında danışmaq istərmirdim. Kim hardan nə eşidirdisə, üstünə əlavələrini də qoyub yazırdı. Guya ki, mən klub prezidentinə əl qaldırmışam. Bu cür yazanlara demək istərdim ki, birincisi Rasim elə tərbiyə sahibi deyil ki, klub prezidenti ilə əlbəyaxa olsun. İkincisi də, Anar müəllim klub rəhbəri olaraq, komandada hər bir futbolçu ilə gözəl münasibətlərə malikdi, o cümlədən də mənimlə. İstənilən şəxs qarşılaşdığı problemi açıq şəkildə prezidentə söyləyə bilir və o, bacardığı qədər köməklik edir. Ona görə bir daha bildirirəm ki, bu hadisə haqqında yazılan informasiyaların əksəriyyəti yalandan ibarət idi. Hər şey necə olmuşdusa, bildirdim.
 
- Bu gün klubun rəhbərliyi ilə yenidən bir araya gəldin. Son olaraq sənin haqqında nə qərara gəlindi?
- Mən bundan öncə də Anar müəllimlə görüşmüşdüm. Sonuncu dəfə Zaqatalada “Qarabağ”la oyundan sonra söhbət etmişdik. Bu gün yenidən onun qəbuluna getdim və söhbət etdik. Görüş zamanı bildirdim ki, həmin zaman nəticəyə görə məndə əsəbi olmuşam və iradlarınıza belə reaksiya vermişəm. Buna görə də Anar müəlimdən üzr istədim. O da hər şeyi anlayışla qarşıladı və mənim yenidən komandanın düşərgəsinə qoşulmağıma razılıq verdi. “Simurq” mehriban bir ailədi. Elə bir ailə yoxdu ki, orda nə vaxtsa söz-söhbət olmasın. Bizdə də bu cür oldu. Oturub hər şeyi müzakirə etdik və ortaq məxrəcə gəldik. Əsas odu ki, indi hər şey artıq qaydasındadı. Sabah (bu gün – azerisport.az) Zaqatalaya yola düşürəm və komandanın məşqlərinə qoşulacam. Bizi qarşıda ağır və çətin oyunlar gözləyir. Bu görüşlərdə mütləq yaxşı nəticələr qazanıb, məqsədimizə çatmalıyıq.
 
- Qarşıda “Bakı” ilə çətin sınaq var. Bu qarşılaşmada “Simurq”un şanslarını necə dəyərləndirirsən?
- Həm cəzalı, həm də yığmanın düşərgəsində olduğumdan komandanın son məşqlərində iştirak edə bilmirdim. Ancaq hər gün onlardan xəbər alırdım. Bildiyimə görə çox yüksək əhval-ruhiyyədə hazırlıqları davam etdirirlər. Premyer Liqada yaranmış fasilədən istifadə edərək Gürcüstanda qısa müddətli təlim-məşq toplanışı keçdilər və burada “Dila” kimi güclü komandanı minimal hesabla məğlub etdilər. İnanıram ki, “Simurq” “Bakı” ilə dueldən qalib ayrılan tərəf olacaq.                   
 
- Milli komandanın son iki oyunu haqqında nə deyərdin?
- Fikrimcə hər iki görüşdə pis çıxış etmədik. Luksemburq o qədər də zəif komanda deyil. Üstəlik doğma meydan amili köməklərinə çatdı. Bizdə ələ düşən qol vəziyyətlərindən yararlana bilmədik və nəticədə səfərdən qolsuz heç-heçə ilə qayıtdıq. Portuqaliya ilə görüşdə isə ilk hissədə yaxşı oyun nümayiş etdirdik. Ancaq ikinci hissədə hakimin qərəzli qərarından sonra meydanda bir nəfər az qaldıq. Bu da komandanın oyununa təsir göstərdi. Təbii ki, 10 nəfərlə Portuqaliya kimi güclü rəqibə qarşı mübarizə aparmaq çox çətindi. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.