28 mart 2013 00:23

Pərdis Fərcad-Azad: Qrup dördüncüsü olmaq üçün yaxşı şansımız var

Futbol üzrə Azərbaycan yığmasının və “Sumqayıt”ın hücumçusu Pərdis Fərcad-Azad DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliyaya qarşı oyundan (0:2) sonra azerisport.az saytına müsahibə verib.
 
- Portuqaliya ilə oyun haqda nə deyə bilərsiz?
- Çətin oyun oldu. Hesab edirəm ki, hesab açılana qədər biz yaxşı oynayırdıq. Amma Rauf Əliyevin qırmızı vərəqə almasından sonra hər şey dəyişdi.
 
- Amma Əliyev qovulana qədər də biz rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilmirdik...
- Fikrimcə, komanda belə bir rəqibə qarşı yaxşı oyun sərgiləyirdi. Xüsusilə ilk hissədə çox yaxşı təsir bağışladıq. Amma fasilədən sonra dediyim kimi, azlıqda qalmağımız öz sözünü dedi.
 
- Öz oyununuzu necə qiymətləndirirsiz?
- Nəsə etməyə çalışdım. Amma meydanda on nəfərlə qalan komandanın hücumdakı yeganə hücumçusu kimi nəyəsə nail olmaq çox çətindi. Təbii ki, heç nə alınmadı. Amma imkan olsa, növbəti oyunlarda özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəm.
 
- Oyundan sonra ayağınızdan zədə aldığınız müəyyənləşdi. Nə baş verib?
- Hələ nə baş verdiyini bilmirəm. Yoxlamadan sonra müəyyənləşəcək.
 
- Sizcə, yığmamızın qrupda dördüncü yeri tutmaq şansı var?
- Bunun üçün bizim çox yaxşı şansımız var. Qarşıdakı bütün oyunlarımız demək olar ki, Bakıda olacaq. Sadəcə, İsraillə oyun istisnadı. Əgər ev oyunlarında istədiyimiz nəticələrə nail olsaq, dördüncü yeri tutmağımızda problem olmamalıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.