27 mart 2013 11:26
Qarabağ Qəbələ ilə oyuna itkilərlə hazırlaşır
“Qarabağ” Premyer Liqanın 24-cü turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, milli komandalara göndərdiyi 10 futbolçusundan əskik çalışan Ağdam təmsilçisi günü tək çalışmayla keçirəcək.
Komandada milli futbolçularla yanaşı zədəli futbolçuların durumundan da xəbər var. “Turan”la yoxlama görüşündən öncə zədələnən İlqar Qurbanovun əzələ yüklənməsindən yaranmış problemi aradan qalxmaq üzrədi. Qurbanov sabahdan etibarən kollektiv çalışmalara başlayacaq. Daha bir zədəli Branimir Subaşiç isə fizioterapevt nəzarətində fərdi çalışmaqla kifayətlənir.
Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu martın 30-da, saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
