28 mart 2013 00:06
Prioritet toplu çalışmalara verildi (FOTOLAR)
"Rəvan” Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində qarşılaşacağı "Turan”la matçın hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün komanda "Bayıl Arena”da növbəti məşqə çıxıb.
Bu dəfə toplu çalışmalar prioritet təşkil edib. Taktiki-texniki hazırlığın yüksəldilməsinə yönəldilmiş məşqdə futbolçular məşqçilər korpusunun bütün tapşırıqlarını can-başla yerinə yetirib. Milli komandaların oyunları ilə əlaqədar yığmalarına yollanmış litvalı Mindauqas Kalonas və syerra leoneli Samuel Barlaysız hazırlaşan komandada yüngül zədəsi olan Nikolay Orlovski də fərdi məşqlə kifayətlənib. Ancaq klubun həkimi Ceyhun Əliyev Orlovskinin "Turan”la matçda forma geyə biləcəyini düşünür.
