27 mart 2013 11:44
Rəşad Sadıqov: İlk qolu buraxmasaydıq, heç-heçə edə bilərdik
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya ilə oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunu necə qiymətləndirərdiniz?
- Biz sonadək mübarizə apardıq. Uduzmaq istəmirdik. Gücümüz daxilində nə lazım idisə, etdik. Amma ikinci hissədə hər şey dəyişdi. Öncə Rauf Əliyevin qırmızı vərəqəsi, daha sonra Alveşin qolu... Ondan sonra artıq hər şey aydın idi. Sadəcə, nəyisə dəyişəcək gücümüz qalmamışdı. Özü də buna on nəfərlə nail olmaq ümumiyyətlə mümkünsüz idi.

- Sizcə, oyunda dönüş nöqtəsi nə oldu?
- Oyunun gedişatını nəyin dəyişdiyi hamıya bəllidi. Təbii ki, bu, qırmızı vərəqə almağımız oldu. Əlbəttə, bu qırmızı vərəqəni sonuncu ümid foluna görə alsaydıq, bəlkə də başa düşmək olardı. Amma komanda heç nədən azlıqda qaldı. Elə qol da adi epizoddan vuruldu. Bundan sonra komandada özünəinam da tam azaldı.

- Bəs siz necə düşünürsüz, qırmızı vərəqə doğru idi?
- Rauf oyundan sonra dedi ki, mən rəqib futbolçuya toxunmamışdım. Amma kənardan elə görünürdü. İlk sarı vərəqə epizodunu isə mən görmədim.

- Komanda Lüksemburqla oyunla müqayisədə Bakıda daha yaxşı təsir bağışlayırdı. Siz də belə düşünürsüz?
- Təbii ki, bu görüşlər bir-birindən fərqlənməli idi. Bu dəfə başqa cür oynamağa məcbur idik. Daha çox hərəkət etmək məcburiyyətindəydik. Doğma divarlar arasında çıxış etdiyimiz üçün qələbəyə də çalışırdıq. Fikrimcə, ilk qol olmasaydı, biz ən azı qolsuz heç-heçəyə nail ola bilərdik.

- İlk qoldan sonra azarkeşlər arenanı tərk etməyə başladılar...
- Azarkeşlər haqda heç nə danışmaq istəmirəm. Mənası yoxdu. Onsuz da bu, ilk dəfə deyil ki, baş verir.