27 mart 2013 12:47
Rauf Əliyev və Vüqar Nadirov Lüksemburqa qarşı oynaya bilməyəcək
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi Portuqaliya ilə oyunda təkcə məğlubiyyətlə sarsılmadı. Azerisport.az xəbər verir ki, bu qarşılaşma həm də yığmamızın iki aparıcı üzvünün cəzalı duruma düşməsiylə nəticələndi.
Qarşılaşmanın gedişində iki sarı vərəqə alaraq meydandan qovulan Rauf Əliyev UEFA və FİFA tərəfindən diskvalifikasiya olunacaq. “Bakı”nın forvardı qarşıdakı Lüksemburqla görüşdə forma geyə bilməyəcək.
Daha bir cəzalı duruma düşən futbolçumuz isə “Qarabağ”ın hücumçusu Vüqar Nadirovdu. O da bu oyunda sarı vərəqə almaqla limiti aşdığına görə, Lüksemburqla Bakıdakı görüşü buraxmalı olacaq.
