27 mart 2013 12:51
Berti Foqts: Futbolçuların bəzisi təyyarənin döşəməsində yatmaq məcburiyyətində qalmışdı
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya 0:2 hesablı məğlubiyyətdən sonra Almaniya mətbuatına açıqlama verib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis “Bild” qəzetinə müsahibəsində bildirib ki, Lüksemburqla qarşılaşmadan sonra, Portuqaliya ilə oyun ərəfəsində komandası çox yorğun olub.
Onun iddiasına görə, Azərbaycan millisi üçün ayrılan təyyarə çox darısqal olub. Alman məşqçi futbolçuların normal istirahət edə bilmədiyini deyib. Hətta təyyarə o qədər balaca olub ki, futbolçular döşəmədə yatıblar. Qeyd edək ki, bu iddianın doğru olması şübhə doğursa da, Foqts özü məlumatı təkzib etməyib: “Bizə səhv təyyarə göndərilmişdi. Belə şeylər inanılmazdı”.
Berti Foqts Portuqaliya məğlubiyyətinin bir səbəbini də klublarda görüb. O qeyd edib ki, klub komandalarında hazırlıq lazımi səviyyədə deyil. Almaniyalı mütəxəssis yerli məçqçilərin millinin təlim-məşq toplanışını ləğv etməyə çalışdırlarını da qeyd edib: “Onlar görünür FİFA-nın təqvimi haqda heç vaxt eşitməyiblər”.
