27 mart 2013 13:02
Bruno Alveş: Azərbaycan yığmasına daha çox qol vura bilərdik
Futbol üzrə Portuqaliya yığmasının kapitanı Bruno Alveşin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycanla oyundan sonra azerisport.az saytına müsahibəsi
- Oyun haqda nə deyə bilərsiz?
- Çətin oyun oldu. Biz bu oyunda qələbə qazanmaqdan başqa çıxış yolumuzun olmadığını bilirdik. Bizim üçün bu oyunda əsas şey nəticə idi. Daha bir neçə qol vura bilərdik. Amma əsas odu ki, lazım olan üç xalı qazandıq.

- Komandanız ilk yarıda heç də inamlı təsir bağışlamadı...
- Birinci hissədə Azərbaycan yığması müdafiədə çox yaxşı oynadı. Yaxşı təşkilatlanmış komandadı. Hətta bir neçə dəfə heç də pis olmayan əks-hücumlar da qurdular. Amma fasilədən sonra biz təşəbbüsü ələ aldıq və oyuna nəzarət etdik. Baxmayaraq ki, ondan sonra da qol vəziyyətləri yaratmaqda çətinlik çəkirdik. Hər halda layiqli qələbə qazandığımızı düşünürəm.
- Yığmamızın heyətində kimi fərqləndirərdiniz?
- Bütövlükdə Azərbaycan yığması özünü yaxşı tərəfdən göstərdi.
- Bütövlükdə Azərbaycan yığması özünü yaxşı tərəfdən göstərdi.
- Siz elə gəlmir ki, bu oyun Braqadakının oxşarı oldu?
- Müəyyən qədər ola bilər. Burda da ilk yarıda hesab açılmadı. Yalnız sonda iki qol vura bildik.
- Müəyyən qədər ola bilər. Burda da ilk yarıda hesab açılmadı. Yalnız sonda iki qol vura bildik.
- Hakimlik haqda nə deyə bilərsiz?
- Fikrimcə, yaxşı hakimlik etdi. Ağır qərarlar qəbul etsə də, hər halda onlar düzgün idi.
- Fikrimcə, yaxşı hakimlik etdi. Ağır qərarlar qəbul etsə də, hər halda onlar düzgün idi.