27 mart 2013 13:26
Joao Moutinyo: Azərbaycan bizə yalnız birinci hissədə problem yarada bildi
Futbol üzrə Portuqaliya yığmasının yarımmüdafiəçisi Joao Moutinyo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:0 hesablı qələbə qazandıqları görüşlə bağlı bunları söyləyib:
“Azərbaycan birinci hissədə bizə problem yaratmağı bacardı. Amma mənə elə gəlir ki, ikinci hissədə onlar bunu bacarmadılar. Həm də biz fasilədən sonra fəallığı artırdıq. Bu qələbə bizim üçün çox vacib idi. Çünki hələ də qrup birincisi olacağımıza ümidimizi itirmirik”.
