27 mart 2013 19:00
Azərbaycan Norveçi altı cavabsız qolla məğlub etdi (YENİLƏNİB)
Bu gün futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının əsas seçmə mərhələsində ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Joze Alesionun komandası qrupdakı ilk oyununu Norveçə qarşı keçirib.
Qarşılaşma yığmamızın aşkar üstünlüyü şəraitində keçib. Futzalçılarımız altı cavabsız qolla qələbə qazanıblar.
Qeyd edək ki, millimizin mübarizə apardığı qrupun oyunları Slovakiyada keçirilir. 2-ci qrupun digər oyununda bu gün meydan sahibləri də Bosniya və Herseqovina ilə münasibətlərinə aydınlıq gətirəcək.
AÇ-nin əsas seçmə mərhələsi
2-ci qrup
27 mart
AZƏRBAYCAN - NORVEÇ - 6:0 (5:0)
Qollar: N.Maşado, 5 (1:0), Felipe, 8 (2:0), Borisov, 10 (3:0), Hacıyev, 11 (4:0), Borisov, 16 (5:0)
Azərbaycan yığmasının heyəti: Buranello Laercio Giovani, Elnur Zamanov, İlkin Hacıyev, Dos Santos Felipe Ribeyro, Eduardo Mello Borges, Rəcəb Fərəczadə, Rizvan Fərzəliyev, Dos Santos Nilson Mashado, Namiq Məmmədkərimov, De Souza Edigleuson Alves, Vitali Borisov, Fərid Ələkbərov, Elnur Qəmbərov, Jadder Dantas
20:00. Slovakiya - Bosniya və Herseqovina
