27 mart 2013 14:46
AFFA-dan təyyarə qalmaqalına münasibət
AFFA-nın baş katibi Elxan Məmmədov yığmamızı DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburqla oyuna aparıb-gətirən təyyarənin kiçikliyi və bununla bağlı yaranan problemlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz öncədən 100 nəfərin birgə uça biləcəyi təyyarə sifariş etmişdik. Orda komanda ilə birgə jurnalistlər də yer almalıydılar. Amma son anda AZAL-dan bizə bildirdilər ki, bayramla əlaqədar sıxlıq var. Ona görə də bizə yalnız Tu-154 tipli təyyarə vermək imkanlarının olduğunu bildirdilər. O da 63 nəfərlik təyyarə idi. Bu üzdən də biz heç nə edə bilməzdik. Çünki bizə onu təklif etmişdilər”.