27 mart 2013 15:30
Millimiz üçün cari seçmə tsikldə ilk!
Futbol üzrə Azərbaycan yığmasının forvardı Rauf Əliyevin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə oyunda aldığı qırmızı vərəqə bu tsikldə komandamız üçün ilk belə hal olub. Azerisport.az xəbər verir ki, millimiz bundan öncə keçirdiyi beş rəsmi görüşün heç birində azlıqda qalmamışdı.
Qeyd edək ki, Rauf bu qırmızı vərəqəni qarşısında gördüyü iki ardıcıl sarı vərəqə nəticəsində aldı. O, bu üzdən qarşıdakı Lüksemburqla görüşdə yığmamıza kömək edə bilməyəcək.
Azərbaycan – Portuqaliya matçı qonaqların 0:2 hesablı qələbəsiylə başa çatdı.
Azərbaycan – Portuqaliya matçı qonaqların 0:2 hesablı qələbəsiylə başa çatdı.
