27 mart 2013 15:42

Elxan Məmmədov: Foqtsun istefasından söhbət getmir

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Lüksemburq və Portuqaliya yığmalarına qarşı göstərdiyi oyunu qiymətləndirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:

“Lüksemburqla oyuna milli komandamız 3 xal dalınca getmişdi. Amma nəzərə almaq lazımdı ki, bu, səfər oyunu idi. Lüksemburq yığması reytinqə görə qrupumuzda Azərbaycan millisinə ən yaxın komandadı. Ona görə də qələbə qazanmaq arzuları var idi. Bir xal qazandıq, eyni zamanda, 2 xal itirdik. Çünki qol vurmaq imkanımız var idi. Birinci hissədə nəzarət demək olar ki, bizdə idi. Sonra isə oyun bir az bərabər getdi. İkinci hissədə yenə oyunun 20 dəqiqəsi meydanın onlara aid hissəsində keçdi. Rəqibin də bir-iki imkanı oldu. Amma bizdə daha çox imkan oldu. Sonda futbolda nəticə vacibdir.
 
Millimizin Portuqaliya ilə oyununa gəlincə, Məmmədov deyib ki, Azərbaycan millisi bu oyuna ciddi hazırlıq keçmişdi: "Oyunun 60-cı dəqiqəsinə, daha doğrusu, oyunçumuzun qırmızı vərəqə almasına qədər meydanda 11 nəfər olan komandamız intizamlı şəkildə müdafiə olunmaq bacarığını göstərməyə çalışdı və qol buraxmadı. Portuqaliya dünyanın 10 ən yaxşı komandasından biridi və ona qarşı hücum futbolu oynamaq təbii ki çətindir. Buna baxmayaraq, futbolçularımız birinci hissədə qabağa getməyə də çalışdılar. Portuqaliyanın birinci hissədə 2 real şansı var idi, lakin bundan istifadə edə bilmədilər. Sonra isə təəssüflər olsun ki, Rauf Əliyev 2 sarı vərəqədən sonra qırmızı kart alaraq kənarda qaldı və 10 nəfərlə Portuqaliyaya qarşı oynamaq təbii ki çox çətinləşdi. Nəticədə, əvvəl 63-cü dəqiqədə, sonra isə 79-cu dəqiqədə qol buraxdıq".
 
AFFA-nın baş katibi Portuqaliya ilə oyunda stadionda səslənən xoşagəlməz şüarlara da münasibətini açıqlayıb: "Bu oyunda hər bir azərbaycanlını məyus edən faktlar oldu. Onlardan biri odu ki, komanda Portuqaliyaya qarşı oynayır, birinci qolu buraxır və bir dəqiqə sonra stadiondakı bir qrup azarkeş "istefa" şüarı səsləndirməyə başlayır. Bu da öz-özlüyündə milli komandanın üzvlərini ruhdan salır. Bu gün biz özümüzdən, komandadan daha böyük nəticələr gözləyirik. Amma reallıqla hazırda bu nəticəni gözləmək düzgün deyil. Komanda keçən seçmə mərhələdə rekord miqdarda xal qazanıb. Bu il də bəzi azarkeşlər motivasiya etmək əvəzinə, əksini edirlər. O insanlar ki "istefa" qışqırır, onlar bunu Azərbaycan futboluna qeyri-sabitlik gətirmək üçün bilə-bilə edirlər. Bu şüarlar ancaq buna yönəldilib. Biz təbii ki, təhlil aparırıq. Siz elə bilirsiniz, komanda uduzanda biz baş məşqçi ilə problemləri müzakirə etmir, narazılığımızı bildirmirik? Təbii ki, edirik".
 
AFFA-nın baş katibi hesab edir ki, baş məqşqçi Berti Foqtsun istefasını bir qrup insan səsləndirir: "Bu seçmə mərhələyə başlayanda komandanı Berti Foqtsa tapşırmışıq və onunla müqavilə bağlamışıq. AFFA prezidentinin və rəhbərliynin də mövqeyi belədi ki, müqavilə müddətinin sonuna qədər bu insan çalışmalıdı. Bu gün onun istefasından söhbət getmir. Söhbət ondan gedir ki, hazırda bu adam işləyir və müqaviləsi ilin sonuna qədərdi".
 
AFFA rəhbərliyinin Berti Foqtsla bağlanan 2 illik müqaviləyə hörmətlə yanaşdığını deyən baş katib bildirib ki, alman məşqçi də bu müqaviləyə hörmətlə yanaşır. Futbolçular da baş məşqçiyə hörmətlə yanaşırlar. Onun sözlərinə görə, komanda 0:1 uduzursa, Portuqaliyaya qarşı stimul vermək əvəzinə, bəzi azarkeşlər tərəfindən demotivasiyanın başlaması yaxşı hal deyil: "Məsələn, İngiltərə futbolu Azəbaycan futbolundan qat-qat yüksəkdədi. O boyda fərq ola-ola, İngiltərə komandasının bu qədər maliyyə dəstəyi ilə, azarkeş mədəniyyəti ilə nəticələrinə baxsaq, görərik ki, komanda cəmi bir dəfə dünya çempionu olub. Hərdən dünya və ya Avropa çempionatlarına heç vəsiqə də qazanmır, amma stadion hər zaman dolu olur, azarkeşlər komanda uduzanda da onu dəstəkləyir. Amma oradakı azarkeş İngiltərə komandasından daha çox şey tələb edə bilər. Portuqaliyaya qarşı 10 nəfərlə oynayaraq hesab 0:1 olanda bəzi azarkeşlər motivasiya etməkdənsə, tamamilə demotivasiya edir".
 
Baş katibin fikrincə, mətbuatın da burada çox böyük rolu var: "Komandamız Almaniyaya uduzanda, sonra isə Türkiyəyə qalib gələndə, eyni qaydada Rusiya komandasından evdə bir xal qazananda "istefa" qışqıran adamlar sonra "bir daha" qışqırırdı. Yəni biz bu məsələləri görmüşük. Mətbuat da bu cür azarkeşləri tənqid etməli və düzünü yazmalıdı. Bu, düzgün hal deyil. Bu gün futbol tamaşaçı və kütlə baxımından 1 nömrəli idman növüdür. Burada azarkeş dəstək vermək əvəzinə, tərsinə edir".

AFFA rəsmisi bildirib ki, Azərbaycan millisinin hər bir futbolçusu əlindən gələn hər bir şeyi edir ki, qalib gəlsin: "Tənqid edirlər. Siz nə hesab edirsiniz? Komanda meydana uduzmağa çıxır? Komanda ancaq və ancaq udmağa çıxır. Amma bu gün biz realist olmalıyıq və deməliyik ki, hansısa oyunda alınır, hansısa oyunda alınmır. İsrailə qarşı alındı, Şimali İrlandiyaya qarşı alındı. Komanda maksimum gücünü ortaya qoyur". (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.