27 mart 2013 16:27
Şahin Diniyev: Yığmamız 2007-ci ildə Portuqaliyaya qarşı daha maraqlı oyun sərgiləmişdi
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdiyi oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyuna harda baxdınız?
- Evdə.
- Evdə.
- Demək olar ki, bütün azərbaycanlı mütəxəssislər belə edirlər. Niyə?
- Televizor ekranı qarşısında oyunu daha yaxşı görmək olur. Təkrarlara, taktiki gedişlərə baxa bilirsən. Bütün fikrin oyunda olur. Amma stadionda tribunalar buna mane olur. Diqqəti oyundan yayındıran çox amillər olur.

- Taktiki gedişləri görə bildiniz?
- Heç bir oyun üslubu və ya taktiki sxem görmədim. Sadəcə, onu deyə bilərəm ki, birinci hissədə futbolçularımızda motivasiya diqqət çəkirdi. Hiss olunurdu ki, uşaqların gözləri yanır, qol buraxmamaq üçün əllərindən gələni edirlər. Amma belə bir komandaya qarşı müdafiədən oynamaqla hər an qol buraxmaq təhlükəsiylə üz-üzə qalmış olursan.
- Sizcə, məğlubiyyətdə Rauf Əliyevin qırmızı vərəqə alması nə dərəcədə rol oynadı?
- Deməzdim ki, bu, oyunda həlledici oldu. Məncə, Əliyev meydanda qalsaydı da, uduzacaqdıq.

- Sizcə, yığmamız necə oynamalı idi?
- Oyundan sonra danışmaq asandı. Məni narahat edən odu ki, son altı ildə heç bir irəliləyişə nail ola bilməmişik. 2007-ci ildə mən yığmaya rəhbərlik edəndə, Portuqaliya indikindən daha güclü idi. Hətta heyətdə Ronaldo da var idi. Özü də o oyunda ilk hissədə Aslan Kərimov qırmızı vərəqə aldığından azlıqda idik. İndi hər iki oyuna baxın, fərqi görün.

- Komandanız qapıya neçə zərbə endirmişdi?
- Dəqiq neçə zərbə olduğunu deyə bilmərəm. Amma var idi. Həm də qapımız qarşısında bu qədər təhlükəli vəziyyət yox idi. Onda yığmamız daha maraqlı oyun göstərirdi. Mən bununla heç də özümü tərifləmirəm. Məsələ bunda deyil. Söhbət ondan gedir ki, bu qədər vaxt ərzində Berti Foqtsun işi görünmür. Fakt budu. Amma hələ də o, yaradılan şəraitdən, klublardan gileylənir. Dünən biz altı il əvvəllə müqayisədə iki dəfə güclü yığma görməliydik. Axı o vaxt komandamız üçün yaradılan indiki şərait də yox idi. Biz hələ də itiririk.