28 mart 2013 17:10
“Arşavini Xəzər Lənkəranda görmək çox əla olardı”
“Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Andrey Arşavinin cənub təmsilçisinə mümkün keçidi barədə yayılan xəbərlərə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Belə bir futbolçunu “Xəzər Lənkəran”da görmək təbii ki, çox əla olardı. Fikrimcə, o, komandamız çox fayda verər. Belə bir ulduz futbolçu ilə çiyin-çiyinə oynamaqdan şad olardım. Əlbəttə, onun maaşı yəqn ki, digər oyunçulardan fərqlənəcək. Bu, adətən heç də hər bir futbolçunun ürəyincə olmur. Amma hər oyunçunun da özü statusu var”.