28 mart 2013 17:43
“Con Toşak milli komandada niyə oynamadğımı soruşdu”
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının Lüksemburq və Portuqaliya ilə oyunlarına çağırılan “Xəzər Lənkəran”ın futbolçuları – Elnur Allahverdiyevlə Rahid Əmirquliyev klubun düşərgəsinə dönüblər. Azerisport.az xəbər verir ki, onlar öncə komandanın yeni baş məşqçisi Con Toşakla tanış olublar, ardından isə uelsli mütəxəssisin rəhbərliyi altında ilk məşqə çıxıblar.
Elnur Allahverdiyev Toşakla tanışlıqları haqda fikirlərini bizimlə bölüşüb: “Toşakla tanşlıq ancaq xoş təəssüratlarla yadda qaldı. Elə ilk məşq də göstərdi ki, o, həqiqətən əsl peşəkardı. Söhbət zamanı Toşak bizdən Portuqaliyaya qarşı niyə oynamadığımızı soruşdu. Bu, onun xoşuna gəlməyib. Görünür, komandasından yığmaya çağırılan futbolçuların heyətdə yer almasını istəyir”.
