28 mart 2013 18:25
Millimiz BƏƏ üzərində qələbə qazandı
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, BƏƏ yığması ilə qarşılaşan millimiz qələbə qazanıb - 5:3.
Komandamızın qollarını Orxan Məmmədov, Ramil Əliyev, Amid Nəzərov, Zeynal Zeynalov və Comərd Baxşəliyev vurub.
