28 mart 2013 18:48

Abdullayevin törətdiyi yol qəzası ilə bağlı detallara aydınlıq gətirildi

Xəbər verdiyimiz kimi, "Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev bu gün günorta saatlarında yol qəzası törədib. Azerisport.az xəbər verir ki, yol qəzası nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Bakının Nobel prospektində hadisə yarımmüdafiəçi "Neftçi"nin bazasına gedərkən baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu gün Araz Abdullayev idarə etdiyi "Nissan" markalı avtomobillə iki nəfəri vurub. Nəticədə onlardan biri hadisə yerində ölüb, digəri xəsarət alıb. Abdullayev yaralını dərhal avtomobilinə qoyaraq xəstəxanaya çatdırıb.
 
"Neftçi" Peşəkar Futbol Klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, hadisənin baş verdiyi ərazidə təhlükəsizlik kameraları olduğundan hazırda yol qəzasının səbəbləri həmin kameraların köməyi ilə dəqiqləşdiriləcək. Mətbuat xidmətinin rəhbəri, eyni zamanda, bu məsələnin bəzi media orqanlarında süni şəkildə şişirdilməsini düzgün hesab etmədiyini və heç kimin belə bir hadisədən sığortalanmadığını deyib.
 
Hadisə şahidlərinin bildirdiyinə görə, yol qəzasının baş verməsinin əsas səbəbkarı Araz Abdullayev olmayıb. Belə ki, hadisə baş verən zaman başqa sürücünün idarə etdiyi "Porsche Panamera" markalı avtomobil yolun kənarında 2 süpürgəçini vuraraq Araz Abdullayevin idarə etdiyi avtomobilin qabağına tullayıb. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.