28 mart 2013 20:05
İnterin Neftçi hazırlığı (VİDEO)
“İnter” 24-ci tur çərcivəsində “Neftçi”yə qarşı keçirəcəyi oyuna hazırlaşır. Azerisport.az xəbər verir ki, bu gün “Şəfa” stadionunda keçirilən məşqdə futbolçular əsasən topla çalışıblar, qapılara zərbə endiriblər və məşqçinin digər tapşırıqlarını yerinə yetiriblər.
Xatırladaq ki, “İnter” – “Neftçi” matçı martın 30-da baş tutacaq. Bu oyun “Şəfa” stadionunda keçiriləcək və saat 17:00-da başlayacaq.
