28 mart 2013 11:14
Qəbələ Qarabağla oyuna Dabo və Çertoqanovsuz hazırlaşır
“Qəbələ" şənbə günü - martın 30-da Premyer Liqanın 24-cü turu çərçivəsində baş tutacaq "Qarabağ"la qarşılaşmanın hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bu gün reallaşan məşq prosesində zədələri sağalmaqda olan Aleksandr Çertoqanov və Mustafa Dabo komandadan ayrı çalışıb.
"Qırmızı-qaralar" məşq boyunca toplu və topsuz müxtəlif təmrinlər yerinə yetiriblər. Günlük hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub.
