28 mart 2013 11:45

Ruslan Abışov: Azarkeşləri başa düşmürəm

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Portuqaliya ilə oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Portuqaliya ilə oyun haqda nə deyə bilərsiz?
- Bilirdik ki, çətin olacaq. Lüksemburqla oyundan sonra doğma meydanda ən azı baxımlı futbol sərgiləmək fikrindəydik. Amma rəqibimiz çox güclü idi. Birinci hissədə yaxşı müdafiə olunduq. Hətta hesabı da aça bilərdik. Lakin qırmızı vərəqə işimizi çətinə saldı.
 
- Amma fasilədən sonra qırmızı vərəqə alana qədər də komandamız topa sahib ola bilmirdi...
- 11 nəfərlə Portuqaliyaya qarşı oynamağa nə qədər çətinlik çəkirdiksə, 10 nəfərlə qaldıqdan sonra işimiz bir qədər də çətinləşdi. Ondan sonra biz heç futbol da oynamırdıq. Sadəcə, böyük hesabla uduzmamağa çalışırdıq. Hücum etmək üçün bir imkanımız da yox idi. Etiraf etmək lazımdı ki, belə bir oyundan 0:2 hesabıyla qurtulmaq böyük şeydi.
 
- Rauf Əliyevin qırmızı vərəqə almasına münasibətiniz necədi?
- Biz matçın hakiminin ingilis olduğunu bilirdik. İngilislər isə adətən oynamağa imkan verirlər. Fikrimcə, hakim ikinci sarı vərəqəni verməyə tələsdi. İkinci hissə yeni başlamışdı, amma o, eyni futbolçuya qısa zaman kəsiyində iki dəfə sarı vərəqə göstərdi. Biz Raufu dəstəkləyirik. Amma ümid edirik ki, gələcək oyunlarda bu, təkrarlanmayacaq.
 
- Azarkeşlərin “İstefa” şüarları nə dərəcədə təsirini göstərdi?
- Düzünü deyim ki, azarkeşləri başa düşmürəm. Biz on nəfərlə qalmışıq, Portuqaliya kimi güclü komandaya qarşı oynayırıq. Azarkeşlər isə “İstefa” qışqırırlar. Bu, təbii ki, bizə pis təsir etdi. Əgər onların kiməsə iradı varsa, bunu oyunçulara niyə ünvanlamalıdılar? Meydandakı futbolçular azərbaycanlılar idilər. Hansı ki, hamımız azarkeşlərimizi sevindirmək istəyirdik. Birinci hissədə möhtəşəm dəstək nümayiş etdirdilər. Amma qırmızı vərəqədən sonra hər şey dəyişdi. Özümüzə qarşı antipatiya hiss etməyə başladıq. Bu, futbolçu üçün qətiyyən xoş olan bir şey deyil. Bu, ölkəmizin bir nömrəli komandasıdı. Nə də olsa, gərək bu komandaya əvvəldən sona qədər ürəkdən azarkeşlik edəsən.
 
- F qrupunda dördüncü olmaq şanslarımızı necə qiymətləndirirsiz?
- Qarşıda bizi Lüksemburq və Şimali İrlandiya ilə ev oyunları gözləyir. İnanıram ki, biz həmin görüşlərdə yaxşı nəticə qazanmağı bacaracağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.