28 mart 2013 11:57

Çertoqanov: Azərbaycan Portuqaliyaya qarşı Lüksemburq ilə müqayisədə daha yaxşı oyun sərgilədi

“Qəbələ”nin yarımmüdafiəçisi Aleksandr Çertoqanov Ukrayna mətbuatına müsahibəsində Azərbaycan yığmasının çıxışından danışıb, növbəti toplanışlara dəvət alacağına ümidini dilə gətirib. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

- Azərbaycan yığmasının Portuqaliya ilə oyununu necə şərh edərdiniz?
- Azərbaycan millisi ənənəvi olaraq ev oyununda daha inamlı təsir bağışladı. Hətta deyərdim ki, komanda bir neçə gün öncə baş tutan Lüksemburqla görüşdən daha yaxşı çıxış etdi. Berti Foqtsun yetirmələri birinci hissədə müdafiədə əla təsir bağışladılar və hətta qonaqların qapısına yol tapmaq şansları da oldu. İkinci hissədə isə vəziyyət ağırlaşdı. Rauf Əliyevin 55-ci dəqiqədə aldığı qırmızı vəzərə futbolçulara çox pis təsir etdi. Şəxsən mənim fikrimcə, ingilis hakim azərbaycanlılara qarşı belə kəskin qərar qəbul etməməliydi. Nəticədə komandamız 0:2 hesabıyla uduzdu. Amma biz mübarizəmizi sona qədər davam etdirəcəyik.
 
- Vladimir Levin necə təsir bağışladı?
- Həmyerlimin oyununu şərh etmək düzgün çıxmaz. O, oyuna 62-ci dəqiqədə qoşuldu. Çalışırdı, müdafiəyə kömək etmək üçün əlindən gələni edirdi.
 
- Artıq neçənci dəfədi Azərbaycan yığmasının oyunlarını buraxırsan. Nə problem var?
- Zədə səbəbindən. Bir aydan çoxdu məşq etmirdim. Hazırda fərdi məşqlərlə kifayətlənirəm. Çalışıram ki, tez bir zamanda yaşıl meydanlara dönüm. Ümid edirəm ki, Foqts növbəti toplanışlara məni yenidən dəvət edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.