28 mart 2013 12:35
Conni Leoni hələ də Neftçinin düşərgəsinə qayıtmayıb
“Neftçi”nin isveçrəli qapıçısı Conni Leoni hələ də paytaxt klubunun düşərgəsinə qayıtmayıb. Azerisport.az saytına bu haqda “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Conninin gecikməsi ailə vəziyyəti ilə əlaqədardı. Belə ki, qapıçının atası bu günlərdə əməliyyat olunmalıdı. Buna görə futbolçu klub rəhbərliyindən əlavə bir neçə gün vaxt istəyib.
Leoninin qarşıdakı günlərdə Bakıya qayıtması gözlənilir.
