28 mart 2013 12:46
Xəzər Lənkərandan Andrey Arşavinə 120 000 manatlıq təklif!
“Xəzər Lənkəran” futbol üzrə Rusiya yığmasının və İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Andrey Arşavinə təklif ünvanlayıb. Azerisport.az xəbər verir ki, “gəmiçilər” son günlər ölkəmizə gəlişi gündəmdən düşməyən rusiyalı futbolçuya görə 100 000 funt sterlinqdən (təxminən 120 min manat) keçməyə hazırdı.
Lənkəran klubu Arşavinə iki illik müqavilə təklif edir. Arşavin özü də “Arsenal”dan getmək haqda düşünür. Onun Britaniya təmsilçisi ilə anlaşmasının müddəti mövsümün sonunda başa çatacaq. Cənubluların yeni baş məşqçisi Con Toşak Andreyin xidmətində şəxsən maraqlıdı.
Lakin Britaniya mətbuatı Arşavinin Londonda qalmaq ehtimalını da yüksək qiymətləndirir. Məsələ burasındadı ki, “Fulham” də bu yarımmüdafiəçinin xidmətində maraqlıdı. Əgər tərəflər anlaşa bilsə, Arşavin İngiltərə paytaxtındakı yaşayış yerini dəyişmək məcburiyyətində qalmayacaq.
