28 mart 2013 14:03

Maşado: Əsas mübarizə hələ qarşıdadı

Futzal üzrə Azərbaycan yığmasının üzvü Maşado Nilsonun azerisport.az saytına müsahibəsi
 
- Norveçlə oyun (6:0) haqda nə deyə bilərsiz? Rəqibdən daha ciddi müqavimət gözləmirdiniz?
- Belə də olmalı idi. Biz oyuna çox ciddi köklənmişdik. Ona görə də bizi saxlamaq mümkünsüz idi. Komanda yaxşı oyun sərgilədi. Fiziki cəhətdən rəqib daha güclü idi. Amma biz kombinasiyalarla onları üstələməyə çalışdıq. Müdafiədə diqqətli oyun, hücumlarda isə qol vəziyyətlərindən maksimum yararlanmaq bizə qələbə gətirdi. İlk oyunu qazanmaq bizim üçün çox vacib idi.
 
- 6:0 komandamızın gücündən xəbər verir, yoxsa rəqibin zəifliyindən?
- AÇ-də zəif komanda olmur. Biz az səhv etdik, qollar vurduq. Qələbə üçün daha nə lazımdı ki?
 
- Əsas rəqibiniz  - meydan sahibi Slovakiya Bosniya və Herseqovina ilə sülh bağladı – 4:4...
- Bu nəticənin bizim üçün nə dərəcədə uğurlu olmasını bu gün Bosniya və Herseqovinaya qarşı keçirəcəyimiz oyun sübut edəcək. Bu, turnir cədvəli baxımından bizim üçün çox vacib oyundu.
 
- Bosniyalılar üzərində qələbə bizə ən azı ikinci yeri təmin edəcək...
- İkincilik haqda heç kim heç nə düşünmür. Biz AÇ-nin final mərhələsinə birinci yerlə çıxmaq istəyirik. Bu planda bosniyalılarla qarşılaşma ən vacib oyundu. Qələbə bizim üçün bu mübarizədə böyük üstünlük olacaq.
 
- Hələlik şanslarımızın daha yüksək olduğunu demək olar?
- Tələsməməliyik. Qoy ilk oyundakı darmadağın heç kimi aldatmasın. Əsas mübarizə hələ qarşıdadı. İlk addımı atdıq. Çalışacağıq ki, növbəti addımlarımız da uğurlu olsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.