28 mart 2013 14:28
Neftçinin yarımmüdafiəçisi qəza törətdi: bir ölü, bir yaralı
“Neftçi” klubunun futbolçusu Araz Abdullayev yol qəzası törədib. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi bu gün günorta saatlarında klubun bazasına yollanarkən idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub.
Süpürgəçilərdən biri yerindəcə ölüb, digəri ağır vəziyyətdə xəstəxanaya aparılıb. (lent.az)
