28 mart 2013 14:46
Qurban Qurbanov: Turnir vəziyyətimiz bizi Qəbələ ilə oyunda ancaq qələbə haqda düşündürür
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 24-cü turunun “Qəbələ” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində ağdamlıların çalışdırıcısı bunları dilə gətirib:
“Qəbələ” bizim üçün heç də sıradan rəqib deyil. Buna baxmayaraq, turnir vəziyyətimiz bizi ancaq qələbə haqda düşünməyə məcbur edir. Təəssüf ki, Vüqar Nadirov bu oyunu sarı vərəqə limitini aşdığına görə buraxmalı olacaq. Yığmanın oyunlarından sonra əsas komandadan qayıdan futbolçularımızın mümkün qədər tez bərpa olmasına çalışırıq. Fikrimcə, oyuna qədər hazır ola biləcəyik”.