28 mart 2013 15:47
Qarabağ tam heyətlə hazırlaşır
“Qarabağ” Premyer Liqanın final mərhələsinin ikinci turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, 2 gün sonra baş tutacaq mücadilə üçün ağdamlılar nəhayət tam heyətlə toplaşa biliblər.
Milli oyunlardan qayıdan 10 futbolçu düşərgəyə qoşulub. “Qarabağ” günün yeganə çalışmasına 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda çıxıb.
Sabahdan komanda “Qəbələ” oyunu üçün “kamp”a yığışacaq.
