28 mart 2013 16:14
Cavadov 3 həftə oynamayacaq
“Qarabağ” “Qəbələ” ilə oyuna itkilərlə çıxacaq. Azerisport.az xəbər verir ki, “Simurq”la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Vüqar Nadirov oyunu buraxmalı olacaq.
Vaqif Cavadov isə zədə səbəbindən görüşdə tər tökə bilməyəcək. Millimizin Lüksemburqla martın 22-də baş tutan oyununda zədələnən 23 yaşlı forvardın 3 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Sağ ayağında əzələsi yırtılan Vaqifin artıq 1 həftəni geridə buraxdığını nəzərə alsaq, onun aprelin 2-ci ongünlüyündə geri dönüşünə ümid etmək olar.
