29 mart 2013 16:57

“Qazandığımız təcrübə Qəbələ üçün faydalı olacaq”

Futbol və digər idman növləri qədər əməkdaşlarının ölkə xaricində təkmilləşməsinə də xüsusi diqqət ayıran “Qəbələ” Futbol Klubunun meydançalar və ot üzrə mütəxəssisləri – Orxan Yunusov və Ruslan Abdullayev bu yaxınlarda İstanbulda təcrübədə olublar. Azerisport.az xəbər verir ki, “Türk Telekom Arena” və Recep Tayyip Erdoğan adına Kasımpaşa stadionunun ot örtükləri ilə bağlı praktiki məşğələlərdə iştirak edən əməkdaşlarımız qazandıqları təcrübənin həm onların gələcək karyerasında, həm də “Qəbələ” meydançalarının daim ideal vəziyyətdə olmasında önəmli rol oynayacağını vurğulayıblar.
 
Orxan Yunusov klub saytına açıqlamasında səfərin təfərrüatları barədə danışıb:  “Biz qardaş ölkəyə daha öncə “Qəbələ” Futbol Klubunda çalışmış, hazırda İstanbulda fəaliyyət göstərən Filip Şarplesin dəvəti ilə yollandıq. “Galatasaray”ın oyunlarını keçirdiyi Türk Telekom Arenada və Recep Tayyip Erdoğan adına Kasımpaşa stadionunda təcrübə keçdik. Səfər müddətində sözügedən stadionlarda istifadə edilən yeni texnikalar və onların fəaliyyət mexanizmi ilə tanış olduq. TT Arenada gün işıqlarını əvəz edən süni işıqlandırma qurğularının qoşulması qaydaları və bu qurğuların otun inkişafındakı müstəsna rolu barədə məlumatlar aldıq. Toxumun səpilməsindən sonra onun cücərməsini və inkişafını sürətləndirən xüsusi örtüklərin istifadəsini öyrəndik. Sonda mənə və Ruslana bu sənətin sirlərini öyrədən Filip Şarples yeni məhsullar barədə bizi məlumatlandırdı. Qazandığımız təcrübə gələcək karyeramızda mühüm rol oynayacaq və “Qəbələ”yə faydalı olacaq”.  

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.