29 mart 2013 17:18

“Yaxın gələcəkdə daha güclü komandamız olacaq”

“Rəvan”ın qışda heyətinə qatdığı Mindauqas Kalonas məhz bu komandada sərgilədiyi oyunla yenidən Litva millisinə qayıtdı. Azerisport.az xəbər verir ki, o, dərhal nəticəyə təsir edən addımla yadda qaldı.
 
Belə ki, 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının seçmə turniri çərçivəsində Jilinada Slovakiya ilə səfər oyununda qol ötürməsi verdi. Matç 1:1 hesabı ilə başa çatdığından Kalonasın qazanılan xalda bilavasitə rolunun olduğunu söyləmək mümkündü.
 
Mindauqas Slovakiyada soyuq hava şəraitində keçən oyundan sonra qrip virusuna yoluxub. Üstəlik, virus komanda daxilində də yayıldığından vəziyyət gərginləşib. Bəzi futbolçuların Jilinadakı görüşdə zədələndiyini də nəzərə alsaq, litvalıların martın 26-da yoldaşlıq oyununda Albaniyaya 1:4 hesabı ilə uduzmasının əsl səbəbi üzə çıxar. Hər halda, Mindauqas həmin matçda da sonradan meydana çıxmaqla komandasının çıxışına müsbət təsir göstərmişdi.
 
Bütün bunları nəzərə alan litvalı jurnalistlər Kalonasdan müsahibə götürüb. 29 yaşlı pleymeyker Azərbaycana gəlişi ərəfəsində yerli saytların birinə danışıb.
 
- Slovakiya və Albaniya yığma komandalarına qarşı oyunlarda çox fərqli nəticələr qeydə alındı. Nə üçün?
- İlk növbədə bu iki oyun arasında status fərqini qabartmalıyam. Slovakiya ilə oyun seçmə turnirin matçı idisə, albanlara qarşı adi yoldaşlıq oyununda qüvvəmizi sınadıq. Rəsmi oyundan sonra baş məşqçinin təzə futbolçuları sınaqdan keçirmək istəməsini də qeyd edə bilərəm. Üçüncüsü, Slovakiyada oynayan futbolçulardan yeddisi müxtəlif səbəblərdən millinin düşərgəsini tərk etdi. Jilinada oynayanların demək olar hamısı soyuqladı, qripə yoluxdu. Albaniya ilə matç öncəsi 8 futbolçu qızdırmadan yanırdı. Həkimlər bir təhər onları ayağa qaldıra bildi.
 
- Xəstə olsaz da, hər iki oyunda çıxış etdiz...
- Əslində ilk xəstələnən, halı pişləşən elə mən olmuşdum. 2 gün vəziyyətim çox pis oldu. Həkimlər iynə-dərmanla məni oyuna hazır etdi. Bu üzdən Slovakiyadakı görüşdə tam oynaya bilmədim. Orda hava soyuq idi, xəstəliyim də tam keçməmişdi. Nəticədə virus başqalarına da yayıldı. Bəzi futbolçular 38-30 dərəcə qızdırmada yanırdı. Üstəlik, baş ağrısı və halsızlıq da var idi.
 
- Albaniya ilə görüşdə siz meydana girəndən sonra oyun dəyişdi...
 - Ola bilər. Amma nəzərə alın ki, albanlar tam gücü ilə oynayırdısa, bizim baş məşqçimiz sanki eksperiment həyata keçirirdi. Hər halda, statusundan asılı olamayaraq bütün oyunlarda sona qədər mübarizə aparmaq lazımdır. Biz də belə etdik.
 
- Uzun fasilədən sonra milliyə qayıtdız. Bu komandanı əvvəlki ilə müqayisə etmək olar?
- 2010-cu ildəki komanda daha püxtələşmiş idi. İndi isə gənc futbolçular çoxdur. Məşqçimiz gəncliklə təcrübənin vəhdətini yaratmağa çalışır. Məncə, bu gənclərlə yaxın gələcəkdə daha da güclü komandamız olacaq. Buna əminəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.