29 mart 2013 17:47

AFFA qalmaqallı mətbuat konfransına münasibət bildirdi

Azərbaycan - Portuqaliya oyunundan əvvəl və sonra rəqib komandanın baş məşqçisi Paulo Bentunun iştirakı ilə keçirilən mətbuat konfransında ilkin sual - cavabların Azərbaycan dilinə tərcümə olunmaması yerli jurnalistlər arasında ciddi narazılıqla qarşılandı. Azerisport.az xəbər verir ki, buna etiraz əlaməti onların böyük əksəriyyəti mətbuat konfransını tərk etdi.
 
Bu məsələyə AFFA-nın münasibətini öyrənmək üçün baş katib Elxan Məmmədovla əlaqə saxladıq. Mətbuat konfransında yaşananları xoşagəlməz hal kimi dəyərləndirən baş katib fikrini belə izah etdi: "Rəsmi oyunlardan əvvəl və sonra keçirilən mətbuat konfranslarında deyilən bütün suallar və cavablar hər iki ölkəni təmsil edən jurnalistlərin başa düşdüyü dilə və ya yerli komandanın doğma dili ilə yanaşı ingilis dilinə tərcümə olunmalıdı. Təssüflər olsun ki, buna millimizin Portuqaliya yığması ilə oyun ərəfəsində rəqib komandanın media rəsmiləri tərəfindən əməl olunmayıb. Biz AFFA olaraq bunun yolverilməz olduğunu bildiririk. Çünki millimizin baş məşqçisinin keçirdiyi mətbuat konfransı Azərbaycan dili ilə yanaşı ingilis dilinə də tərcümə olundu. Rəqib isə mətbuat konfransının canlı yayımlanmasını bəhanə edərək bu qaydanı pozdu. Onu da əlavə etmək istərdim ki, bu olay FİFA və UEFA tərəfindən oyuna təyinat alan nümayəndələrin diqqətindən yayınmadı. Nəzərə almaq lazımdı ki, bütün rəsmi oyunlarda olduğu kimi bu qarşılaşmada da baş məşqçilərin və futbolçuların fikirlərinin operativ olaraq canlı yayımı üçün danışdığı dildə verilməsi məqsədilə  "fləş-müsahibə" və "mix" zonaları yaradılmışdırdı və rəqib baş məşqçi canlı yayım üçün bundan istifadə edə bilərdi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.