29 mart 2013 18:09

Samir Abasov: Elitada klubların sayı 16-ya qaldırılmalı idi

“Sumqayıt”ın kapitanı Samir Abasov AFFA İcraiyyə Komitəsinin Topaz Premyer Liqasının formatını dəyişməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:

“Mənə elə gəlir ki, bu qərarla ən böyük zərbə Birinci Divizion klublarına vuruldu. Orda üç-dörd klub var idi ki, Premyer Liqaya çıxmaq üçün çox çalışırdı. Bu, həmin klublarda top qovan gənc futbolçulara çox pis təsir edəcək. Çünki yenə özlərini Premyer Liqada göstərmək şansı qazana bilməyəcəklər. Mən özüm burda çıxış edən futbolçuların bəziləri ilə tanışam. Onlara görə çox təəssüflənirəm. Halbuki, klubların sayını artırmaqla da bütün tərəflərin maraqlarını təmin etmək olardı. Məsələn, elitada 16 klub çıxış etsəydi, yaxşı olardı. Hər klub üçün də 3-5 milyon manat ayırmaq olardı ki, çempionatın yarısında dağılmasın. “Ağsu”, “Neftçala”, “Qaradağ-Lökbatan” kimi klublar Premyer Liqada çıxış edə bilərdilər. Amma digər tərəfdən bu qərar Premyer Liqa üçün yaxşıdı. Çünki növbəti mövsümdən ikinci altılıq oyunları kimi maraqsız və əhəmiyyəsiz görüşlər keçirilməyəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.