29 mart 2013 19:11
Neftçi İnterə, Qarabağ Qəbələyə, Bakı Simurqa uduzdu
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə baş tutub.
"Sumqayıt" "Kəpəz"lə ev oyununda məğlub olub. “İnter" paytaxt derbisində "Neftçi"ni məğlub yola salıb. "Simurq" da "Bakı"ya qalib gəlib. "Xəzər Lənkəran"AZAL-la xalları yarı bölüb. "Qarabağ" "Qəbələ"yə, "Turan" "Rəvan"a məğlub olub.
Əvəzedicilərin çempionatı
24-cü tur
29 mart
"Sumqayıt" - "Kəpəz" - 0:1
Qol: Şikar Abbasov, 79.
"İnter" - "Neftçi" - 2:0
Qollar: Ramil Mansurov, 12, Mirsahib Abbasov, 60-pen.
"Simurq" - "Bakı" - 1:0
Qol: Rəşad Eyyubov, 63-pen.
"Xəzər Lənkəran" – AZAL - 1:1
Qollar: Elçin Qasımzadə, 23 - Elmin Çobanov, 71.
"Qarabağ" - "Qəbələ" - 0:2
Qollar: Ramil Mirzəyev, 16, Rey Məmmədbəyli, 78.
"Turan" - "Rəvan" - 0:1
Qollar: Tərlan Salmanov,80.
