30 mart 2013 00:12

Topaz Premyer Liqasında zirvə döyüşü

Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 24-cü turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edəcək.
 
İlk altılıq çərçivəsində “Simurq” Zaqatalada “Bakı”nı qəbul edəcək. Meydan sahibləri ən azı üçüncü pillədəki mövqelərini qorumaq və liderlərə bir qədər də yaxınlaşmaq üçün mütləq qələbə qazanmağa borcludu. Altılığın sonuncusu olan “Bakı” da vəziyyətini yaxşılaşdırmaq üçün çətin səfərdə üç xal qazanmağı hədəfləyib. Amma maraqlıdı ki, bu komandaların təsnifat mərhələsi zamanı baş tutan hər iki oyunu qolsuz başa çatıb. 15-ci dəfə qarşılaşacaq rəqiblərin əvvəlki oyunlarından yarısı heç-heçə başa çatıb. Komandalar son 6 matçın da 4-də hərəyə 1 xal qazanıblar. Zaqatala təmsilçisi son 4 matçda qola həsrət qalıb.
 
Dördüncü pillədə qərarlaşan “Qarabağ” Bakıda “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək. Çempionluğa əsas namizədlərdən hesab olunsa da, son turlarda uğursuz çıxışı ilə diqqət çəkən Qurban Qurbanovun komandası artıq bu oyunda mütləq 3 xal qazanmağa çalışacaq. Lakin “Qəbələ” də Bakıya məğlub olmaq üçün gəlmir. Hətta heç-heçə də Ramiz Məmmədovun komandası üçün uğur sayıla bilər. “Qəbələ” ilə son 6 oyunda qələbə qazana bilməyən “Qarabağ” ümumi balansda cüzi üstünlüyə malikdi. Lakin ağdamlılar evdəki son 3 qarşılaşmada qalib gələ bilməyiblər. Bu mövsümə təsadüf edən görüşlərə gəlincə, “Qarabağ” ilk oyunda 1:2 hesablı məğlubiyyətə üzülmüşdü. Qəbələdə baş tutan növbəti oyunda isə 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Bu komandalar cari mövsümdə kubokda da üz-üzə gəlmişdilər. Qəbələdə 1:1 hesablı oyunun revanşında Bakıda qeydə alınan qolsuz heç-heçə Ağdam təmsilçisini Azərbaycan Kubokunun yarımfinalına çıxarmışdı. Bu üzdən də “Qəbələ” bu gün baş tutacaq oyunda həm də kubokdakı uğursuzluğu unutdurmağa çalışacaq.
 
Nəhayət, ilk altılığın daha bir oyunu çempionatımızın iki favoriti - “İnter”lə “Neftçi” arasında baş tutacaq. Son ölkə çempionu, hazırda lider olan “Neftçi” 45 xala malikdi. “Bankirlər” isə 44 xalla ikinci yerdə gedirlər. Şübhəsiz ki, bu görüş zirvə uğrunda mübarizə kimi yadda qalacaq. Heç-heçə “ağ-qaralar”ı zirvədə saxlayacaq. Qələbə qazanacağı halda, Böyükağa Hacıyevin yetirmələri izləyicisindən daha da uzaqlaşa biləcək. “İnter” qalib gələcəyi halda isə, zirvəni yenidən ələ keçirmiş olacaq. Cari mövsümün təsnifat mərhələsi çərçivəsində “İnter”in meydanında baş tutan ilk oyun 1:1 hesabıyla başa çatmışdı. “Neftçi”nin meydanında keçirilən qarşılaşma isə 2:0 hesabıyla “ağ-qaralar”ın xeyrinə başa çatmışdı. Bütövlükdə isə əvvəlki 33 oyunda böyük üstünlüyə malik olan “Neftçi” son 4 matçda rəqibinə uduzmayıb. Bundan başqa, “İnter”in meydanındakı son 4 oyunda hər 2 komanda qol vurmağı bacarıb.
 
İkinci altılıq çərçivəsində “Sumqayıt” “Kəpəz”i qəbul edəcək. Bu komandaların qarşılaşmasında “Kəpəz” rəqib meydanındakı görüşlərdə xala həsrətdi. Son 3 matçda rəqibinə uduzmayan “Sumqayıt” isə buna qədər baş tutan 6 dueldə üstünlüyə malikdi. Cari mövsümdə “Kəpəz” öz meydanında bu komanda ilə qolsuz sülhə razılaşıb. “Sumqayıt” isə ev oyununda “Kəpəz”dən 2:1 hesabıyla üstün olub.

“Turan” da “Rəvan”la münasibətlərinə aydınlıq gətirəcək. Ardıcıl 3 matçdır uduzmayan bakılılar ümumi balansda da üstünlüyə malikdi. Bu komandaların son 5 matçında meydan sahibi olan tərəf 2 qol vurur.  Bu mövsüm Tovuzda baş tutan ilk qarşılaşma 2:2 hesabıyla başa çatmışdı. Bakıdakı görüşdə isə “Rəvan” 2:0 hesablı qələbəyə sevinmişdi.
 
Ən nəhayət, daha bir görüş “Xəzər Lənkəran”la AZAL arasında baş tutacaq. Cari mövsümün hər 2 qarşılaşmasında qonaqların qalib gəldiyi komandalar ümumilikdə 19-cu qarşılaşmaya çıxacaq. “Xəzər Lənkəran” üstünlüyə malik olduğu bu qarşılaşmalarda ardıcıl 5 oyundu ki, meydanı qolsuz tərk etmir. AZAL öz meydanında 0:2 hesabıyla uduzmuşdusa, “Xəzər Lənkəran” da ev oyununda 1:2 hesabıyla məğlub olmuşdu. Bu qarşılaşma cənub təmsilçisi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki “ağ-yaşıllar” yeni baş məşqçi Con Toşakın rəhbərliyi altında ilk oyuna çıxacaqlar. Məhz bu məqam sözügedən matça marağı birəbeş artırır.
 
Topaz Premyer Liqası
24-cü tur
30 mart (şənbə)
 
15:00. Qarabağ – Qəbələ
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. T.Bəhramov adına Respublika stadionu.
 
15:00. Sumqayıt – Kəpəz
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Akif Məmmədov.
Bakı. “Bayıl Arena”.
 
15:00. Turan – Rəvan
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. “Dalğa Arena”.
 
17:00. İnter – Neftçi
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “Şəfa” stadionu.
 
17:00. Simurq – Bakı
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
Zaqatala. Şəhər stadionu.
 
18:00. Xəzər Lənkəran – AZAL
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Lənkəran şəhər mərkəzi stadionu.
 
1 Neftçi 23 14 3 6 48 25 +23 45
2 İnter 23 12 8 3 26 13 +13 44
3 Simurq 23 10 9 4 26 15 +11 39
4 Qarabağ 23 10 9 4 30 20 +10 39
5 Qəbələ 23 9 5 9 27 29 –2 32
6 Bakı 23 6 13 4 25 16 +9 31
 
1 AZAL 23 8 8 7 35 26 +9 32
2 XL 23 7 7 9 32 28 +4 28
3 Rəvan 23 7 4 12 24 36 –12 25
4 Sumqayıt 23 6 7 10 24 39 –15 25
5 Turan 23 6 5 12 24 39 –15 23
6 Kəpəz 23 2 4 17 13 48 –35 10
 
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
13 - Franko Nildo (AZAL)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt)
8 - Riçard Almeyda (Qarabağ), Xuan Manuel Varea (Rəvan)
7 - Zohair Benuahi (AZAL), Baçana Sxadadze (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.