29 mart 2013 11:15
Millimiz Latviya ilə sülh bağladı
Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Latviyanın U-16 komandası ilə qarşılaşıb.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Komandamızın heyətində Baxşəli Baxşəliyev fərqlənib.
