29 mart 2013 11:36

Qurban Qurbanov: Hazırda Qarabağda psixoloji vəziyyət heç də ürəkaçan deyil

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi
 
- Komandanız yığmamızın oyunları ilə əlaqədar yaranmış fasilə dövrünü necə keçirdi?
- Düşərgədəki futbolçulara istirahət verdik. Daha sonra “Turan”ın əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirdik. Bütövlükdə, normal hazırlaşdıq. Təbii ki, tam hazırlıqdan danışmaq olmaz. Çünki bir sıra futbolçularımız yığma komandalara yollanmışdı. Yalnız son iki gündə tam heyətlə hazırlaşa bilirik.
 
- “Qarabağ”ın beş futbolçusu Portuqaliyaya qarşı forma geydi. Onların hamısı düşərgəyə zədəsiz qayıda bilib?
- Yalnız Maksim Medvedevin kiçik zədəsinin olmasını nəzərə almasaq, bütövlükdə hər şey normaldı. Yorğunluq hiss olunur ki, bu da normaldı. Buna artıq alışmışıq. Oyuna qədər onların bərpa dövrünü keçəcəyinə inanırıq. “Qəbələ” ilə oyunda Vüqar Nadirov iştirak edə bilməyəcək. O, sarı vərəqə limitini aşdığına görə, cəzalı duruma düşüb.
 
- Məhz bu yorğunluqla əlaqədar heyətdə dəyişikliyə əl atmaq fikriniz var?
- Çalışacağıq elə qərarlar qəbul edək ki, bundan komandaya ziyan gəlməsin. Məsələn, Ansi Aqolli ötən gün qayıdıb. Ona görə də düzgün seçim etməyə borcluyuq.
 
- Yığmamızın uğursuz nəticələri futbolçulara da təsirsiz ötüşmür. Bu, komandanızdakı atmosferə nə dərəcədə təsir göstərir?
- Əlbəttə, psixoloji vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə Lüksemburqla heç-heçədən sonra. Amma onlar peşəkar futbolçulardılar və toparlanmağa borcludular.
 
- Son dövrlər “Qəbələ” “Qarabağ” üçün ən çətin rəqiblərdən birinə çevrilib...
- Bu komanda bizim üçün həqiqətən də sıradan bir rəqib deyil. Fərdi cəhətdən güclü futbolçulara malikdi. Bu, bizi daha ehtiyatlı mübarizə aparmağa məcbur edir. Rəqibimiz kubokda mübarizəni dayandırıb, çempionatda da işləri yaxşı getmir. Bütün bunlar komandanın irəli gedəcəyindən xəbər verir. Buna görə də bizim üçün çətin oyun olacağını düşünürəm.
 
- Heç “Qarabağ”ın da turnir vəziyyəti bir o qədər ürəkaçan deyil...
- Altılıq oyunları hələ təzə başlayıb. Qarşıda doqquz oyun var. Bu oyunların hər birindən qalib ayrılmaq lazımdı. Bir oyunda xal itkisi çox şeyi dəyişir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.