30 mart 2013 00:40
“Qoy bu, bütün azərbaycanlı futbolçulara dərs olsun”
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev komanda yoldaşı Araz Abdullayevin idarə etdiyi avtomobillə qəza törətməsinə münasiəbətini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu hadisə psixoloji cəhətdən bütün komandaya təsir göstərib. Araz mənim ən yaxın dostlarımdan biri və bu bədbəxt hadisəni özümünkü kimi qəbul edirəm. Qoy bu hadisə bütün azərbaycanlı futbolçulara dərs olsun. Hər şeydən öncə diqqətli olmaq lazımdı. Abdullayev komanda ilə birgə məşq etmir və yəqin ki, qarşıda oyunda iştirak etməyəcək. Buna baxmayaraq, biz “İnter”lə görüşə qədər hazır olmalıyıq. Üç xal qazanmağa borcluyuq. Bu qarşılaşma turnir cədvəli baxımından bizim üçün çox vacibdi”.