30 mart 2013 00:01
Bakı Simurqla oyuna ciddi itkilərlə çıxacaq
Azərbaycan Topaz Premyer Liqasının 24-cü turunda "Simurq"un qonağı olacaq "Bakı" oyunun keçiriləcəyi Zaqatala şəhər stadionunda məşqə çıxıb. Azerisport.az xəbər verir ki, yüksək əhval-ruhiyyə şəraitində keçən məşq itkisiz ötüşməyib.
Komandanın ispaniyalı hücumçusu Mario Martinez Rubio əzələsini dartaraq sıradan çıxıb. Onun “Simurq”la oyunda meydana çıxmayacağı qətiləşib.
Bu komandanın tək itkisi deyil. Daha 5 futbolçu son məşqə qatılmayıb. Milli komandanın Portuqliya ilə oyununda zədələnən Rauf Əliyevin sırasına xəstələnən və hərarəti olan Cavid Hüseynov, həmçinin Deyvidas Çesnauski də qatılıb. Beləliklə, zədədən sonra bərpa dövrü keçən Uinston Parks və Novruz Məmmədovun siyahısına oyunu buraxmalı olacaq daha 3 futbolçu əlavə olunub.
Ciddi itkilərlə baxmayaraq, “Bakı” bu turu 3 xalla başa vurmaq əzmindədi. Xatırladaq ki, bu mövsüm rəqiblər arasında baş tutan hər iki qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.
