30 mart 2013 00:06
Qəbələ Ukrayna təmsilçisini üç qolla məğlub etdi
Ukraynanın Donetsk şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası sözügedən ölkədə ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, yerli "Şaxtyor-2" kollektivi ilə üz-üzə gələn təmsilçimiz rəqibinə heç bir şans verməyib.
Oyunu yüksək səviyyədə keçirən "qırmızı-qaralar" ukraynalıların qapısından 3 cavabsız top keçiriblər. Komandaya qələbə gətirən qollara İlkin Abdullayev, Osman Soltanov və Murad Qayalı imza atıb. Təmsilçimiz Ukraynada növbəti oyununu martın 31-i keçirəcək. 2-ci sınaq matçında "Qəbələ" "Şaxtyor"la qarşılaşacaq.
