30 mart 2013 00:23
Simurq Bakı ilə oyuna hazırdı
Topaz Premyer Liqasının 24-cü turunda Zaqatala şəhər stadionunda “Bakı”nı qəbul edəcək “Simurq” artıq hazırlıqları tamamlayaraq qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb. Azerisport.az xəbər verir ki, doğma meydanda növbəti məşqinə çıxan “Simurq” tam heyətlə çalışmalara davam edib.
Yalnız “Qarabağ”la oyunda qırmızı vərəqə alan Rəşad Eyyubov və zədədən yeni qayıdan Asif Mirili son hazırlıqda Georgi Çixradzenin ixtiyarında olmayıb. Komandanın son məşqi əvvəlcə qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra isə meydanın mərkəzində iki qrupa bölünərək qısa ötürmələr üzərində çalışılıb. Hazırlıq ikitərəfli oyun və qapıya zərbələrlə tamamlanıb.
