29 mart 2013 12:58
“Azərbaycan yığması 2010-cu ildə yaxaladığı səviyyəni geri qaytarmağa başlayıb”
Futzal üzrə Azərbaycan yığmasının oyunçusu Maşado Nilson Avropa Çempionatının əsas seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 3:2 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Biz bu dəfə də bir gün öncə Norveçə qarşı sərgilədiyimiz oyunu göstərdik. Sadəcə, bu dəfə qol vəziyyətlərini dəyərləndirmək baxımından işlərimiz qaydasında getmədi. Hücumların tamamlanmasına komandamız daha soyuqqanlı olmalı idi. Digər tərəfdən bosniyalıların qapıçısının çox inamlı oyununu da qeyd etmək lazımdı. İstənilən halda, biz ardıcıl ikinci qələbəmizi qazanmağı bacardıq. Nəticədə qrupdan birinci yerlə çıxmaq şanslarımızı daha da artırdıq. Yığmamız 2010-cu ildə yaxaladığı səviyyəni qaytarmağa başlayıb. İndi bizə yalnız Slovakiyaya qarşı yaxşı oyun sərgiləmək qalır”.