30 mart 2013 01:00
Əsgərov mövsümün açılış matçında 55 dəqiqə oynadı
Futbol üzrə Latviya çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, mövsümün açılış matçında Lieapaya “Metallurg”u doğma divarlar arasında “Metta/LU” klubunu qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.
Bu görüşdə futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov da forma geyinib. O, “Metallurg”un start heyətində meydana çıxıb. Lakin hesab 2:0 komandasının xeyrinə olarkən, digər komanda yoldaşı tərəfindən əvəzlənib. Bu görüşdə “Qəbələ”nin sabiq qapıçısı Pavel Doroşev də Əsgərovla yanaşı start heyətdə meydana çıxıb və 90 dəqiqə meydanda olub.
Latviya çempionatı
1-ci tur
29 mart
Metallurg - Metta/LU – 4:0
